Bu bölmədə hamının tanıdığı stolüstü və kart oyunları var: Domino 101, Durak, Pasyans (Klondike) və X-O. Qaydalar tanış olduğu kimidir, amma oynamaq üçün rəqib gözləmək lazım deyil.
Domino və Durakda botlara qarşı tək oynaya və ya otaq yaradıb dostlarını çağıra bilərsən. Botların çətinlik səviyyəsi var, istəsən hər gedişə vaxt limiti də qoya bilərsən. Durak 2–6 nəfərlə, istəyə görə ötürmə (perevodnoy) qaydası ilə oynanır, Domino 101 isə 2–4 nəfərlə xal hesabı ilə gedir.
X-O-nu kompüterə qarşı, bir cihazda iki nəfər və ya onlayn otaqda oynamaq olar. Pasyans isə tək oynanan klassik kart tapmacasıdır və hər gün yeni gündəlik düzülüşü var.
Domino 101 — Azərbaycan qaydaları ilə domino. Daşlarını düz, xal topla və 101-ə birinci çat. Botlara qarşı və ya dostlarla onlayn pulsuz oyna.
Durak — Klassik kart oyunu — hücum et, müdafiə ol və kartlarından birinci qurtar. Axırda kartla qalan “durak” olur. Botlara qarşı və ya dostlarla onlayn.
X-O (Tic Tac Toe) — Kompüterə qarşı, bir cihazda iki nəfər və ya onlayn otaqda oyna. Böyük lövhələr, müxtəlif rejimlər və çətinliklər. Pulsuz.
Pasyans (Klondike) — Pasyans (Klondike Solitaire): kartları tuzdan papaha qədər dörd yığına düz. Bir və ya üç kart çəkmə, üç çətinlik və gündəlik oyun. Pulsuz onlayn.
Crazy Eights — Rəngi və ya rəqəmi tut, +2, +4 və Joker oyna, əlini birinci boşalt. Botlara qarşı və ya 8 nəfərə qədər dostla onlayn, pulsuz.