22 noy 2017

Azərbaycanın ilk Virtual Reallıq oyunu-Yüksəklik-FOTO-VİDEO

webmaster tərəfdən 4

Məlum olduğu kimi, hazırda dünyada trend olan innovativ yeniliklərdən biri də Virtual Reallıq texnologiyalarıdır.

Xarici mediada hər gün VR və AR texnologiyaları üzərində müxtəlif oyun və məhsullarının hazırlanması ilə bağlı məlumatları oxuyuruq.

Belə ki, artıq nəhəng İT şirkətləri bu sahəyə daha çox diqqət ayırır və getdikcə rəqabətin kəskinləşdiyini nəzərə alaraq özlərinə bu istiqamətdə yer tutmaq üçün böyük məbləğlərdə yatırımlar edir.

Hətta bu yaxınlarında Facebook-un qurucusu Mark Zuckerberg də Virtual Reallıq texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayaraq qarşıdakı 10 ildə bu sahəyə 3 milyard dollardan çox investisiya etmək məcburiyyətində qalacağını açıqladı.

Son dövrlər Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılır. Belə ki, gənclərimiz Virtual Reallıq texnologiyaları ilə bağlı yerli məhsullar hazırlayaraq bazara təqdim edir.

Frame.az webaz.az-a istinadlı məlumatına görə, Azərbaycanda “Yüksəklik” adında ilk Virtual Reallıq oyunu hazırlanıb.

Oyunu Azərbaycanda VR və AR texnologiyaları sahəsində yaxından tanıdığımız Fərid Yusifoğlu və komandası, Virtual Reallıq oyun bazarını Azərbaycanda tanıtmaq və inkişaf etdirmək məqsədi ilə hazırlayıb.

Qeyd edək ki, “Yüksəklik” standart oyunlardan fərqli olaraq oyunçuya tamamilə oyuna daxil olaraq, həyəcanı son zərrəsinə qədər hiss etməyə imkan yaradır.

Oyunun məzmunu və qaydaları

Oyun döyüş-atraksiyon xarakterlidir. Oyun zamanı oyunçu səngərə daxil olur və pulemyot vasitəsi ilə düşmənlərinin əks hücumlarına cavab verir.

Oyunçu üçün özəl hazırlanmış stenddə yerləşən pulemyot vasitəsi ilə atəşlər həm VR, həm də real olaraq idarə olunur. Oyunun başlanğıcında oyunçu 5 qumbara, 100 güllə ilə təmin olunur və oyunda performasına əsasən davamlı olaraq güllələrin, canların sayı artıb-azalır, hər dalğa keçidi zamanı oyun daha da gərginləşməyə başlayır, şərtlər dəyişir, xallar hesablanılır, rütbələr verilir və reytinq cədvəlində iştirakçı adları ilə birlikdə nəticələr qeyd olunur. Layihə komandasından verilən məlumata görə, bu göstəricilərə əsasən iştirakçılarla davamlı olaraq müxtəlif viktorinalar, müsabiqələr həyata keçirilir.

Qeyd edilib ki, gələcəkdə oyunda müxtəlif dəyişikliklər nəzərdə tutulur.

Onu da bildirək ki, oyunda istifadə olunan 3D dizayn, proqramlaşdırma, səs effektləri və digər detallar yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Yəni, oyun tamamilə yerli məhsuldur.

Məlumata görə, oyun ilk olaraq attraksion formada Park Bulvarda pilot olaraq istifadəyə veriləcək. Daha sonra maraqla qarşılanarsa, digər oyun və əyləncə mərkəzlərində də təqdim ediləcək.

Bu mərhələlərdən sonra isə oyunun Steam üzərindən qlobal bazarda satışa təqdim edilməsi planlaşdırılır. 

Mənbə Frame.az

Oyunu Azərbaycanda VR və AR texnologiyaları sahəsində yaxından tanıdığımız Fərid Yusifoğlu və komandası, Virtual Reallıq oyun bazarını Azərbaycanda tanıtmaq və inkişaf etdirmək məqsədi ilə hazırlayıb.

  • Alex a year ago

    Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.

    32 Cavabla

    Alex 1 day ago

    Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat. Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur.